Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə GÖRÜŞDÜ
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu həftə NATO-nun Tbilisidəki Ofisinin rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlib.
Səfər zamanı Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb.
Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.

