Paşinyanın kilsə ilə bağlı “yol xəritəsi”
Ermənistanın baş naziri Nikol Paşinyan Ktriç Nersisyanın – İkinci Qareginin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Erməni Apostol Kilsəsinin “bərpasına” dair yol xəritəsini hazırlayıb.
Musavat.com-un məlumatına görə, Paşinyan bu barədə “Facebook”dakı şəxsi səhifəsində yazıb.
O qeyd edib ki, Erməni Apostol Kilsəsinin mexanizmlərinin məntiqinə uyğun olaraq, Qaydalar Məcəlləsinin qəbulu zəruridir.
Məcəllədə isə Erməni Apostol Kilsəsinin ruhaniləri üçün dürüstlük qaydaları və onların təmin edilməsi üçün təminatlar, kilsənin maliyyə şəffaflığı və onun maliyyələşdirilməsi, siyasətdən kənar olması zərurəti, onun maliyyələşdirilməsinə zəmanət, fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu əksini tapacaq. Yekunda isə yeni Məcəlləyə uyğun olaraq bütün ermənilərin katolikosunun seçkiləri nəzərdə tutulur.

