Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan və Ermənistan əməkdaşlıq modeli yarada bilər, bir şərtlə…

By Vüsal Rafiqoğlu
12.12.2025 3 Min Read

Ermənistan və Azərbaycan tərəfləri Zod qızıl yatağı ərazisində delimitasiya işləri aparıblar.

Musavat.com bildirir ki, bu barədə erməni mediası məlumat verib.

Ermənistan baş nazirin müavini Mher Qriqoryan “Joxovurd” qəzetinə açıqlamasında sərhəd bölgəsində birgə yoxlama aparıldığını təsdiq edib. Qriqoryan Ermənistan və Azərbaycan hərbçilərinin bir neçə gündür xəritələrdən istifadə edərək delimitasiya işləri apardıqları barədə məlumatları təkzib edib.

Delimitasiyadan əvvəl referendum keçirilməsinin zəruriliyi ilə bağlı suala cavab olaraq baş nazirin müavini bildirib ki, bu iş Ermənistan qanunvericiliyi, eləcə də parlament tərəfindən təsdiqlənmiş Ermənistan və Azərbaycan delimitasiya komissiyalarının birgə fəaliyyəti ilə bağlı qaydalarla tənzimlənir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə hesab edir ki, Azərbaycan və Ermənistan nümunə olacaq münaqişə sonrası əməkdaşlıq modeli yarada bilərlər.

SEHLA SON.jpeg (147 KB)

Musavat.com-a şərhində ekspert tarixdəki delimitasiya proseslərinə diqqət çəkib:

“Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanandan sonra Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya və demarkasiya prosesi başlanıb. Bu proses mahiyyət etibarilə adətən uzun çəkir və hətta münaqişə yaşamayan ölkələr arasında belə sərhəddin dəqiqləşdirilməsinin onilliklərlə davam etdiyini qeyd etmək olar. Məsələn, 1996-cı ildən bəri Gürcüstanla sərhədimizin ¾ hissəsi delimitasiya olunub, ¼ hissəsi isə delimitasiya olunmamış qalır. Ən uzun çəkən delimitasiya prosesinə nümunə kimi qeyd etmək olar ki, Çili və Peru arasında sərhədin dəniz hissəsinin delimitasiyası 19-cu əsrdən (1880-ci illərdən) 21-ci əsrə qədər davam edib və bu mübahisəli məsələ yalnız 2014-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə həll edilib.

Azərbaycan və Ermənistan arasında müharibənin başa çatması, sülh erasına qədəm qoyulması iki ölkənin sərhədinin dəqiqləşdirilməsi prosesini sürətləndirərək, hətta birgə əməkdaşlıq sahələrinin yaranmasına yol açıb. Belə ki, iki ölkə sərhədində yerləşən Söyüdlü (Zod) qızıl yatağının işlənməsi məsələsi gündəmdədir. İki ölkə rəsmilərinin qızıl yatağı ətrafında birgə kəşfiyyat və tədqiqat aparması bundan xəbər verir. Bununla Azərbaycan və Ermənistan dünyada nümunə olacaq münaqişə sonrası əməkdaşlıq modeli yarada bilərlər. Bu, həm də sərhəd delimitasiyası məsələsində birgə fəaliyyətin uğurla davam etdirildiyinin göstəricisidir.

Zod yatağı Azərbaycanın Kəlbəcər və Ermənistanın Vardenis rayonları ərazisində yerləşir. 2007-ci ildən Kəlbəcərin işğaldan azad olunmasınadək bu mədən Ermənistan və Rusiyanın “GeoProMining” şirkətinin subsidiarı olan “GPM Gold” şirkəti tərəfindən istismar olunub. Yalnız 2020-ci ildə Kəlbəcərin işğaldan azad olmasına paralel olaraq təbii sərvətlərimiz də işğaldan azad olub və mədən infrastrukturunun bir hissəsi sahibinə qaytarılıb. Mədənin Ermənistan ərazisində qalan hissəsinin işlədilməsinə 2024-cü ildən təkrar başlanılıb. Eyni ildə Azərbaycan da mədənin öz ərazisində olan hissəsinin Britaniyanın “Asian Mining” şirkəti ilə birgə işlədilməsinə dair saziş imzalayıb”.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlıq dövrünün başlanması regionun tamamilə yeni geosiyasi reallıqlarından xəbər verir:

“Artıq münaqişəni alovlandırıb bundan region üzərində təsir üçün istifadə edənlər müvafiq təsir imkanlarını itirir, regionda yeni əməkdaşlıq imkanları yaranır. İndi Ermənistan da Azərbaycan təcrübəsindən yol alaraq regional balans siyasətinə keçid etməkdədir. Bu siyasət ilk növbədə milli maraqların qorunması şərti ilə qonşu ölkələr ilə əməkdaşlığı nəzərdə tutur”.

Zod qızıl yatağına baxış orada Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığını göstərib.

Bundan əvvəl Azərbaycan tərəfində həmin yataqda Ermənistanın qazıntı və istismarı davam etdirməsi ilə bağlı narahatlıq olub. Əraziyə keçirilən baxış həmin ərazidə hər hansı işin aparılmadığını göstərib və bununla da bütün şübhələr aradan qalxıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daimi yaşayacaq

Next

Hava ilə bağlı XƏBƏRDARLIQ – Dekabrın 13-ü gündüzdən…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv