Rusiyada xəngəli belə təqdim edən restoranı cərimələdilər
Rusiyada bir gürcü restoranının meneceri Müqəddəs Basil kilsəsinin günbəzlərini xəngəldə təsvir etdiyinə görə cərimələnib.
Bu barədə “Georgia Online” məlumat yayıb.
Bir müştəri Orenburqdakı gürcü restoranı “Nino&Vano”ya qarşı “dini hissləri təhqir etmək” ittihamı ilə şikayət ərizəsi verib. Bu iddia, Moskvanın Müqəddəs Bazil Katedralının günbəzlərinin xəngəllərdə təsvir olunduğu reklam vərəqələrindən qaynaqlanıb.
Məhkəmənin bəyanatında prokurorun nümayəndəsinin Rus Pravoslav Kilsəsinin Orenburq Yeparxiyasının vəkilini dindirdiyi bildirilir. O, Müqəddəs Basil Katedralının aktiv kilsə olduğunu və buna görə də vərəqədəki şəklin “müqəddəs məkanın birbaşa təhqir edilməsi” olduğunu təsdiqləyib.
“Əslində, anlaşılmazlıq olub. Şirkətimiz düzgün olmayan xidmətin qurbanı olub. Hadisədən sonra dizayn firması ilə əlaqə saxladıq və dizayner bizə bunun neyron şəbəkəsi olduğunu, heç bir pis niyyət güdmədiyini dedi”, – vəkillər bildiriblər.
Məhkəmə onların arqumentləri ilə razılaşmayıb və restoran menecerini dini əşyaları təhqir etdiyinə görə 150.000 rubl cərimələyib./Sfera.az

