Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gözdən uzaq, unudulmuş tarix: Mərdəkan qalası və Tuba Şah məscidi baxımsızlıq içində REPORTAJ

By Vüsal Rafiqoğlu
12.12.2025 4 Min Read

Bir gün əvvəl Bakının ən qədim yaşayış məskənlərindən biri – Mərdəkana yolumuz düşdü. Bu yerin tarixi nəfəsi insanı ilk addımdaca qarşılayır. Qəsəbə 1936-cı ildə rəsmi olaraq status alsa da, tarixçi Sara Aşurbəylinin araşdırmalarında bildirilir ki, “Mərd” qəbiləsinin yurd saldığı bu torpaq əsrlər öncə “mərdlərin məkanı” kimi tanınıb. Mərdəkan həm də sənayeçilərimizin – Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Şəmsi Əsədullayevin bağları ilə şöhrət tapıb.

Bu qədimliyin sinəsində bir möcüzə var: Mərdəkan qalası. İllərin tozu ilə örtülmüş, gözlərdən uzaqda qalan, susqun və əzəmətli…

Uçuq divarların arasında bir tarix nəfəs alır…

Qalanın həyətinə addımlayan kimi insanı qəribə bir sükut qarşılayır. Bu sükutun içində həm orta əsrlərin hayqırtılı müharibə səsləri duyulur, həm də bərpa olunmağı gözləyən dərin bir ümid… Divarları uçuq-sökük, pilləkənləri təhlükəli, daşları aşınmış halda öz tarixini qorumağa çalışır. Bizi qarşılayan Mərdəkan sakini Vidadi Yaftumov artıq 44 ildir ki, bu qalanın keşiyində dayanır. O, qalanın hər daşını əzbər bilir, hər çatını, hər pilləsini bir nağıl kimi danışır. Onun dediyinə görə qala 1187-ci ildə Mənüçöhrün oğlu I Axsitan tərəfindən inşa etdirilib. Hündürlüyü 22 metr olan tikilidə 5 qapalı otaq, ən üstdə isə müşahidə meydançası var. Vidadi kişi bir faktı xüsusi vurğulayır: “1722–1723-cü illərdə I Pyotrun donanması sahildən qalanı top atəşinə tutub. Divarlardakı o uçuqlar həmin dövrlərdə yaranıb. Sonradan taxtalarla hörüblər, amma zaman onları da yeyib bitirib”.

1959-cu ildə aparılan təmir işləri də artıq keçmişdə qalıb. Qala yenidən bərpa üçün köməyə möhtacdır.

 Yeraltı sirlər, gizli keçidlər və 98 quyu…

Qalaya qalxan pilləkənlər ensizdir, dikdir. Orta mərtəbələrdə pilləkənlərarası məsafə genişlənir – sanki keçmiş zaman insanı oturub nəfəs almağa məcbur edir. Nəzarətçinin sözlərinə görə, müharibələr zamanı qadın və uşaqlar aylarla bu qalada gizlənib.

Həyətdə diqqətimizi çəkən onlarla quyu var. Onların hər biri 3–4 metr dərinlikdədir və ümumilikdə 98 belə quyu mövcuddur. Bu quyular müharibə dövründə ərzaq anbarı kimi istifadə olunub. Qalanın bu hissəsində temperatur həmişə aşağı olur, ərzaqlar uzun müddət xarab olmadan qalırmış.

Ən maraqlı sirlərdən biri isə 20 metr dərinliyində, 3 metr hündürlüyündə və 2 metr enində olan yeraltı yoldur. Bu yol aşağıdakı digər qalaya gedir və Abşeron qalaları bir-biri ilə məhz belə gizli yollar vasitəsilə birləşdirilib.

Həyətdə toplanmış qədim qab qırıqları, daşlar arasında insan ayaq izinə bənzər bir iz göstərilir. Buzlaşma dövrünün əlaməti olduğu deyilir. 15-ci əsrə aid daş parçaları isə qalanın həyətində səssiz-səmirsiz dayanıb.

Qalanın daxilində məşəl və şamlar üçün xüsusi yerlər, ən yüksək nöqtəsində isə XIII əsrə aid müşahidə məntəqələri var. Bütün bunlar qalanı sadəcə daş yığını yox, canlı tarixə çevirir.

Mərdəkandakı başqa bir unudulmuş incəlik: Tuba Şah məscidi

Qalanın bir qədər kənarında sanki ona yoldaşlıq edən köhnə bir ibadətgah dayanır – Tuba Şah məscidi. Mənbələrə görə, XVI əsrin əvvəllərində, 1481–1483-cü illərdə inşa edilib. Bir günbəzli bu məscid yonulmuş daşlardan tikilib və adını Tuba Şah adlı xanımdan alıb. Məscidin divarları 1 metrə yaxın qalınlıqdadır, amma o da qalaya bənzər şəkildə bərpaya ehtiyac duyur. Tarixi məlumatlara görə, 1721-ci ildə Bakı xanı Məhəmməd xan tərəfindən təmir edilib. Bəzi araşdırmalarda isə daha qədim bir fakt var: bu yerin əvvəlində 1372-ci ildə başqa bir məscid mövcud olub, dağıldıqdan sonra Tuba Şah məscidi onun yerində inşa edilib. Bu gün isə məscid hələ də kənd sakinlərinin ibadət yeridir – əsrlərin arasından gələn bir müqəddəs nəfəs kimi…

Əvvəllər təmir üçün ad çəkildi, amma…

2019-cu ildə yayılan məlumata görə, Mərdəkan qalası və Tuba Şah məscidi 2022-ci ildə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən bərpa edilməli idi. Lakin gözlənti hələ də gözlənti olaraq qalıb. Qala da, məscid də baxımsız vəziyyətdədir.

Qalanın ən yüksək nöqtəsindən Mərdəkana baxanda əsrlərin nəfəsi insanın üzünə vurur. Keçmişlə bu gün arasında körpü qurulur. Biz də TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində bu unudulmuş tarixlə tanış olduq. Bu torpaq nə qədər qədimdirsə, bir o qədər dəyərlidir…

Afaq Mirayiq,
Foto, video müəllifindir,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər – YENİLƏNİB/FOTO

Next

“Bərdənin Ramazan Axundu – müharibələrin, ağrıların, duaların içindən keçən ömür

Xəbər lenti

  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv