Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Uşaqlara görünməmiş qadağa – Azərbaycanda da tətbiq olunacaq?

By Vüsal Rafiqoğlu
16.12.2025 3 Min Read

Ekspertlərdən SOS: “Əks halda, gələcəyimiz məhvə gedir…”

Avstraliya dünyada ilk dəfə olaraq 16 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edib. Bu barədə “The Guardian” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, ölkədə artıq yeni qanun qüvvəyə minib.

Qanuna əsasən, dünyanın 10 ən böyük platforması avstraliyalı yeniyetmələrin hesablarını silməli və onların yeni hesab yaratmasının qarşısını almalıdır. Qadağa Facebook, Instagram, Threads, X (Twitter), YouTube, Snapchat, Reddit, Kick, Twitch və TikTok kimi sosial şəbəkələrə şamil olunur. Tələblərə əməl etməyən platformaları 33 milyon dollara qədər cərimə gözləyir.

Yeni qanun iri texnologiya şirkətləri və söz azadlığını müdafiə edən qurumlar tərəfindən tənqid edilsə də, sorğular avstraliyalıların əksəriyyətinin bu qərarı dəstəklədiyini göstərir.

Bəs eyni sorğu Azərbaycanda da keçirilə, əhali qadağaya “hə” deyərmi? Qadağanı reallaşdırmaq, ona nəzarət mümkünmü?

Sosioloq Elçin Bayramlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, uşaqlar məktəbi bitirənədək şəxsi smartfondan kənar saxlanılmalıdır və bu, faktiki qadağa şəklində tətbiq olunmalıdır. Onun fikrincə, uşaq mobil telefondan yalnız valideynin iştirakı ilə istifadə edə bilər, internetə çıxış isə mütləq nəzarət altında olmalıdır: “Çünki internet nəzarətsiz və təhlükəli məkandır, aqressiya, zorakılıq və əxlaqsızlıq elementləri uşaqların və yeniyetmələrin psixologiyasına ciddi zərər vurur”.

Sosioloq qeyd edir ki, bir çox ölkələrdə bu sahədə müsbət təcrübə var və Azərbaycanda da vəziyyət artıq təhlükəli həddə çatıb. Onun sözlərinə görə, 16 yaşa qədər uşağın şəxsi smartfon işlətməsinə ehtiyac yoxdur, əlaqə üçün sadə telefon kifayətdir: “İnternetdən isə tam imtina olunmamalı, lakin valideyn və müəllim nəzarəti ilə, məqsədli şəkildə istifadə edilməlidir. Ev şəraitində uşaqlar yaşlarına uyğun filmlərə baxa, aqressiv olmayan, faydalı oyunlarla məşğul ola bilərlər, amma bütün seçim valideyn tərəfindən edilməlidir. Nəzarətsiz telefon vermək uşağı psixoloji cəhətdən məhv etmək deməkdir”.

İtirilmiş nəsil

Elçin Bayramlı

Elçin Bayramlı hesab edir ki, dövlət səviyyəsində də bu sahədə qadağalar tətbiq oluna bilər, çünki artıq bunun ağır və hətta faciəvi nəticələri görünür. Onun sözlərinə görə, hazırda 5 yaşlı uşaqlardan tutmuş yaşlılara qədər hamı gecə-gündüz sosial şəbəkələrdədir və real həyatdan uzaqlaşıb. İnsanlar ailə və məişət həyatını arxa plana keçirərək virtual aləmdə yaşayırlar. O, regionlarda müşahidə etdiyi halları da misal çəkərək bildirir ki, bəzi ailələrdə sosial şəbəkələrə aludəçilik normal həyat tərzini sıradan çıxarıb.

Sosioloq xüsusilə uşaqların küçədə oynamaqdan uzaqlaşdığını, valideynlərin isə onlara bahalı smartfonlar verdiyini tənqid edir. Onun fikrincə, azyaşlı və yeniyetmə uşağı nəzarətsiz şəkildə internetə bağlamaq onun gələcəyini risk altına atmaq deməkdir. Bayramlı vurğulayır ki, internetin təhlükələri artıq hər kəsə bəllidir və bu səbəbdən dövlət uşaqları məsuliyyətsiz yanaşmadan qorumağa borcludur.

O, dəfələrlə 16 yaşa qədər smartfon istifadəsinin rəsmi şəkildə qadağan olunmasını və bu qaydaların pozulmasına görə ciddi cəzaların tətbiq edilməsini təklif etdiyini də qeyd edir. Onun qənaətinə görə, böyüklər artıq rəqəmsal asılılıqdan xilas olunmasa da, uşaqları bu təhlükədən qorumaq mümkündür və bu, cəmiyyətin sağlam gələcəyi üçün zəruridir.

Vikipediya dövlət tərəfindən nəzarət olunan bir platforma deyil — Elvin  Abbasov

Elvin Abbasov

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov mövzu ilə bağlı Musavat.com-a bunları deyib: “Avstraliya hökumətinin 16 yaşdan kiçik vətəndaşlar üçün sosial media platformalarına çıxışın məhdudlaşdırılması qərarı rəqəmsal təhlükəsizlik və uşaq müdafiəsi baxımından düşünülmüş və faydalı addımdır. Bu qadağanın əsas səbəbi zorakılıq, qeyri-etik dil və ya qumar elementləri ehtiva edən yaşa uyğun olmayan məzmunun yayım anında süzgəcdən keçirilməsi son dərəcə mürəkkəbdir. Kütləvi maliyyələşdirmə (donatelər) mexanizmi uşaqlarda pul xərcləmə vərdişləri yaradır, real zamanlı çat (chat) isə kiber-təqib və yaşıd zorakılığı üçün əlverişli mühit formalaşdırır. Avstraliya bu qadağa ilə uşaqları bu cür manipulyasiya və təcavüz təsirindən azad etmək istəyir”.

Ekspertə görə, Azərbaycan kontekstində, Avstraliya modelinə bənzər bütün böyük platformaları əhatə edən kütləvi, yaşa görə tam qadağa qanunvericiliyinin qəbul edilməsi ehtimalı aşağıdır: “Lakin uşaq müdafiəsi məqsədilə rəqəmsal tənzimləmənin güclənməsi gözləniləndir. Ölkənin rəqəmsal strategiyası bu cür platformaların tam bloklanmasından daha çox, “Uşaqların zərərli məlumatlardan qorunması haqqında” Qanun əsasında zərərli kontentə qarşı mübarizəni və kiber-təhlükəsizliyi gücləndirməyi hədəfləyir. Nəticə etibarilə, Azərbaycan daha çox valideyn nəzarəti proqramlarının təşviqinə, məlumat savadlılığının artırılmasına və zərərli kontentin fərdi bloklanmasına fokuslanacaq, çünki qlobal platformalara texniki yoxlama tələbi qoymaq həm çətindir, həm də ölkənin ümumi rəqəmsal inkişaf kursuna uyğun gəlmir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yasamalda yanğında həlak olan Könülün qızından xəbər var

Next

Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv