Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Distant iş ixtisarlara yol aça bilərmi? Yeni qanunun riskləri və imkanları haqda DETALLAR

By Vüsal Rafiqoğlu
16.12.2025 3 Min Read

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, məsafədən (distant) iş əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsidir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azərbaycanda distant iş modeli beynəlxalq əmək hüququ standartlarına nə dərəcədə uyğundur? Distant iş formasının genişlənməsi iş yerlərinin ixtisarı riskini artıra bilərmi?

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Musavat.com-a danışıb.

SAHİB YENİ.jpeg (76 KB)

Mütəxəssis qeyd edib ki, məsafədən iş praktikası artıq dünya miqyasında sınaqdan çıxmış və geniş şəkildə tətbiq edilən bir modeldir:

“Azərbaycan da istər biznes sektoru, istərsə də dövlət sektoru səviyyəsində, xüsusilə pandemiya dövründə bu modeli faktiki olaraq sınaqdan keçirib. Lakin dövlət sektorunda, xüsusilə də büdcə təşkilatlarında bu praktikanın institusional və sistemli tətbiqi hələlik mövcud deyil. Buna baxmayaraq, biznes sektoru artıq bu modeli aktiv şəkildə tətbiq edir. Yəni qanunvericilikdə bu mexanizmin açıq şəkildə mövcud olub-olmamasından asılı olmayaraq, biznes üçün hər hansı maneə yaranmayıb.

Hazırda əmək məcəlləsinə təklif edilən dəyişikliklə bu məsələ həm anlayış kimi hüquqi müstəviyə gətirilir, həm də açıq şəkildə göstərilir ki, məsafədən işləyən işçilərlə əmək münasibətləri tam şəkildə əmək qanunvericiliyinə uyğun qurulmalıdır. Yəni əmək qanunvericiliyində nəzərdə tutulan bütün hüquq və vəzifələr həm işəgötürən, həm də işçi üçün eyni şəkildə saxlanılır. Buraya minimum əməkhaqqından aşağı ödənişin yolverilməzliyi, işçinin icbari dövlət sosial sığorta ilə təmin olunması, eyni zamanda işçinin öz əməkhaqqından işsizlik sığortası fonduna qanunla müəyyən edilmiş məbləğdə ödəniş etməsi kimi tələblər daxildir.
Başqa sözlə, əmək məcəlləsinə dair yeni layihə təsdiqləndikdən sonra məsafədən iş forması artıq əmək məcəlləsi çərçivəsində qismən tənzimlənmiş olacaq”.

Sahib Məmmədovun fikrincə, bu sahənin tam və hərtərəfli tənzimlənməsi üçün dövlət sektorunda, xüsusilə büdcə təşkilatlarında bu işin necə qurulacağı, hansı vəzifələrin məsafədən icra oluna biləcəyi ilə bağlı ayrıca normativ-hüquqi aktın qəbul olunması zəruridir:

“Biznes sektoru ilə bağlı isə bu məsələ daha çox tövsiyə xarakteri daşıya bilər. Yəni işəgötürən özü müəyyən edə bilər ki, hansı iş funksiyaları məsafədən yerinə yetirilə bilər, hansı işlər isə mütləq şəkildə bilavasitə iş yerində icra olunmalıdır. Eyni zamanda texnoloji inkişaf davam etdikcə bu siyahı genişlənə bilər. Məsələn, artıq bu gün dəzgahların məsafədən idarə olunması mümkündür, eləcə də nəqliyyat vasitələrinin uzaqdan idarə edilməsi texnologiyaları tətbiq olunur. Yəni yaxın bir neçə il ərzində məsafədən idarəetmə sistemləri və işlərin icrası modelləri kütləvi şəkildə artacaq. Məhz buna görə də məsafədən görülə bilən işlərin siyahısı qapalı olmamalı, daim açıq saxlanılmalıdır. Çünki texnoloji inkişaf o qədər sürətlə gedir ki, bu gün mümkün olmayan bir iş sabah artıq məsafədən icra edilə bilər”.

Mütəxəssis qeyd edib ki, burada açıq qalan və kifayət qədər çətin olan bir məsələ də mövcuddur:

“Bu da işəgötürənin işçinin sağlamlığına dəyən zərərə görə daşıdığı məsuliyyətlə bağlıdır. Belə ki, iş funksiyasının icrası zamanı baş verən bədbəxt hadisə nəticəsində işçi sağlamlığını itirdikdə, peşə xəstəliyinə tutulduqda, əmək qabiliyyətini itirdikdə və ya bu səbəbdən vəfat etdikdə işəgötürən maddi məsuliyyət daşıyır. 2011-ci ildən etibarən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta haqqında qanuna əsasən işəgötürən bu riskləri sığortalayır. Həmin tarixədək isə bu riskləri birbaşa öz üzərinə götürürdü.

Risklər sığortalandığı üçün işəgötürənin işçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək hüququ mövcuddur. Əgər iş yerində işçi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozarsa, işəgötürən həmin işçini işdən kənarlaşdıra bilər. Eyni zamanda işəgötürən iş yerində elə şərait yaratmalıdır ki, orada bədbəxt hadisələr və peşə xəstəlikləri baş verməsin. Bu öhdəliklər yerinə yetirildikdən sonra hər hansı bədbəxt hadisə baş verərsə, işəgötürən öz risklərini sığortaladığı üçün sığorta şirkəti zərərçəkmiş şəxsə, əgər işçi vəfat edibsə, onun vərəsələrinə müvafiq kompensasiya ödəyir.

Məsafədən iş modelində isə bu mexanizm müəyyən qədər çətinləşir. Çünki işəgötürən məsafədən işləyən şəxsin real iş şəraitinə faktiki olaraq nəzarət edə bilməyəcək. Bu isə məsuliyyət və nəzarət mexanizmlərinin yenidən formalaşdırılmasını zəruri edir. Yəqin ki, zaman keçdikcə bu məsələ də öz hüquqi və praktiki həllini tapacaq”.

Xalidə Gəray
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Metro və avtobuslarda ödənişlər belə olacaq – VACİB AÇIQLAMA

Next

Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasında yer alıb

Xəbər lenti

  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv