Sosial 

Bu şəxslər öləndən sonra ailələrinə müavinət veriləcək

Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində bir sıra diqqətçəkən məqamlar var.

Layihədə göstərilir ki, dövlət qulluqçusu vəfat etdikdə, onun vərəsələrinə müavinət veriləcək.

Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

Qanun layihəsi səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər