Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Səssiz ev sarsılmış cəmiyyətdir

By Vüsal Rafiqoğlu
17.12.2025 3 Min Read

Eyni otaqda oturub fərqli dünyalarda yaşayan ailə üzvləri artıq adi mənzərəyə çevrilib…

Cəmiyyətin ən kiçik, lakin ən həlledici modeli ailədir. Ailədə baş verən hər bir dəyişiklik zamanla küçəyə, məktəbə, iş mühitinə və bütövlükdə ictimai münasibətlərə təsir edir. Son illər ailə daxilində ünsiyyətin azalması görünməyən, lakin dərin izlər buraxan sosial problemə çevrilib. Əvvəllər ailə üzvlərini bir masa ətrafında birləşdirən söhbətlər bu gün çox vaxt telefon ekranlarının arxasında itib-batır. Eyni evdə yaşayan insanlar bir-birinin gündəlik hiss və düşüncələrindən xəbərsiz qalır.

Ünsiyyətin azalması isə sadəcə danışmamaq deyil, dinləməmək, anlamağa çalışmamaq və emosional bağların zəifləməsidir. Ailədə dialoqun zəiflədiyi mühitdə böyüyən uşaqlar öz fikirlərini ifadə etməkdə çətinlik çəkir, emosiyalarını tanımaq və idarə etmək bacarığını itirirlər. Belə uşaqlar gələcəkdə cəmiyyətə qapalı, aqressiv və ya laqeyd fərdlər kimi inteqrasiya edə bilirlər. Bu isə məktəblərdə konfliktlərin artmasına, iş mühitində anlaşılmazlıqlara, sosial münasibətlərdə səthiliyin dərinləşməsinə səbəb olur. Ünsiyyətsizlik həm də ailə daxilində etimadı sarsıdır. Açıq danışılmayan problemlər zamanla yığılır, həll olunmayan narazılıqlar isə emosional uzaqlaşma yaradır. Nəticədə ailə üzvləri bir-birinə dayaq olmaq əvəzinə, eyni məkanda yaşayan yad insanlara çevrilirlər. Bu model cəmiyyətə də ötürülür: insanlar bir-birinə qarşı daha az dözümlü, daha az anlayışlı olurlar. Cəmiyyətin psixoloji sağlamlığı birbaşa ailə münasibətləri ilə bağlıdır. Ailədə sevgi, diqqət və ünsiyyət çatışmazlığı artdıqca, depressiya, stress və sosial tənhalıq halları çoxalır. İnsanlar problemlərini bölüşmək əvəzinə içinə atır, nəticədə bu yüklər müxtəlif sosial gərginliklər şəklində üzə çıxır. Texnologiya bu prosesdə həm vasitə, həm də maneə rolunu oynayır. Doğru istifadə edildikdə ailələri yaxınlaşdıra bilən texnologiya, nəzarətsiz qaldıqda ünsiyyəti minimuma endirir. Eyni otaqda oturub fərqli dünyalarda yaşayan ailə üzvləri artıq adi mənzərəyə çevrilib. Bu səssizliyin səsi isə cəmiyyət miqyasında eşidilir. Ailədə ünsiyyətin azalması milli-mənəvi dəyərlərin ötürülməsini də zəiflədir. Dəyərlər nəsildən-nəslə nəsihətlə deyil, canlı ünsiyyət və şəxsi nümunə ilə keçilir. Danışılmayan, paylaşılmayan ailədə bu körpü qırılır və nəticədə cəmiyyət öz köklərindən tədricən uzaqlaşır. Problemin həlli yenidən ailədaxili dialoqun bərpasından başlayır. Birlikdə keçirilən vaxtın keyfiyyəti, qarşılıqlı dinləmə mədəniyyəti və açıq ünsiyyət ailəni möhkəmləndirdiyi kimi, cəmiyyəti də sağlamlaşdırır. Çünki güclü cəmiyyət səs-küylü tribunalardan deyil, danışa və dinləyə bilən ailələrdən formalaşır. Bu prosesdə diqqətdən qaçırılan mühüm məqamlardan biri də valideynlərin roludur. Maddi təminatı əsas məsuliyyət hesab edən bir çox valideyn emosional ünsiyyəti ikinci plana keçirir. Halbuki uşağın ehtiyacı təkcə geyim və təhsillə məhdudlaşmır. Dinlənilmək, başa düşülmək və dəyərli hiss olunmaq ailə münasibətlərinin əsas sütunlarıdır. Bu sütunlar zəiflədikcə, ailə formal bir birlikdən kənara çıxa bilmir. Ailədaxili ünsiyyətin azalması boşanmaların artmasına da böyük təsir göstərir. Problemlərin açıq müzakirə edilmədiyi ailələrdə anlaşılmazlıqlar dərinləşir, emosional məsafə hüquqi ayrılığa qədər uzanır. Boşanma isə təkcə iki insanın deyil, bütöv bir sosial çevrənin psixoloji balansını pozur. Belə ailələrdə böyüyən uşaqlar gələcək münasibətlərində də sağlam ünsiyyət modeli qurmaqda çətinlik çəkirlər. Məsələ təkcə ailə daxilində qalmır. Ünsiyyətsiz ailə mühiti cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən fərdlər yetişdirir. Bu fərdlər ictimai müzakirələrdə ya aqressiv, ya da passiv mövqe tutur, dialoq əvəzinə qarşıdurmanı seçirlər. Nəticədə cəmiyyətdə problemləri müzakirə edərək deyil, gərginlik yaradaraq həll etməyə çalışır. Digər tərəfdən, ailədə ünsiyyətin azalması empati anlayışını da zəiflədir. İnsan başqasının hisslərini ilk növbədə ailədə öyrənir. Evdə eşidilməyən uşaq küçədə də eşitmir, başqasını da eşitmək istəmir. Bu isə mərhəmətin, sosial məsuliyyətin və qarşılıqlı anlayışın azalmasına gətirib çıxarır. Bəzən birgə içilən çay, telefonsuz keçirilən yarım saatlıq söhbət illərlə yığılan səssizliyi aradan qaldıra bilər. Vacib olan niyyətdir-danışmaq və dinləmək istəyi. Cəmiyyətin gələcəyi ilə bağlı strateji planlar hazırlanarkən ailə institutunun gücləndirilməsi yalnız qanunlar və proqramlarla məhdudlaşmamalıdır. Ən təsirli islahat ailə üzvlərinin bir-birinə ayırdığı vaxtdan başlayır. Çünki ünsiyyət olmayan ailədə anlayış formalaşmır, anlayış olmayan yerdə isə sağlam cəmiyyət qurmaq mümkün deyil. Ailədə ünsiyyət bərpa olunmadıqca, cəmiyyət də sağlamlığını bərpa edə bilməz.

Səbinə Qorxmaz “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hədəf dəyişməzdir

Next

Leyla Əliyeva oğulları ilə – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv