Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“Kişilər bir olmur…”- güclü cinsi evdə niyə döyürlər?

By Vüsal Rafiqoğlu
19.12.2025 4 Min Read

Sosioloq: “Kişilər qadın tərəfindən zorakılığa məruz qaldıqlarını etiraf etməyi öz qürurlarına sığışdırmırlar”

2024-cü ildə məişət zorakılığı ilə bağlı 535 müraciət, 2025-ci ildə isə 512 müraciət qeydə alınıb. Bunu Ailə, Qadın və Uşaq Problmeləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova mətbuat konfransında deyib. Bildirib ki, 2024-cü ilin 11 ayı ərzində zorakılığa məruz qalanların 478-i qadın, 384-ü uşaq, 42-si kişi olub. 2025-ci ilin 11 ayı ərzində isə 493 qadın, 466 uşaq və 74 kişi zorakılığa məruz qalıb.

Göründüyü kimi, məişət zorakılığı ilə bağlı rəqəmlərdə artım var. Qadınlara olan zorakılığın artması ilə bağlı səbəblər dəfələrlə açıqlanıb. Ancaq maraqlıdır ki, kişilərə də məişət zorakılığı var və statistikada artım qeydə alınıb.

Araşdıranda məlum olur ki, daha çox qoca və xəstə kişilər qadınlar tərəfindən fiziki zorakılığa məruz qalır. Gənc ailələrdə demək olar ki, bu cür faktlar çox təsadüfi hallarda baş verir. Gənc ailələrdə qadınlar daha çox məişət zəminində özlərini müdafiə etmək üçün, bəzən isə qısqanclıq ucbatından qarşı cinsə zorakılıq nümayiş etdirir. Ekspertlər də qeyd edir ki, ölkəmizdə kişilər qadınlar tərəfindən əsasən psixoloji zorakılığa məruz qalır.

Ümumilikdə isə bütün dünyada kişilərə qarşı aqressiyanın artdığı müşahidə olunur. BMT-nin son illər apardığı araşdırmalara görə,  ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayı artmağa başlayıb.

Maraqlıdır, kişilər hansı formada məişət zorakılığının qurbanı olur? Ümumiyyətlə, Azərbaycan reallığında kişilərin məişət zorakılığına məruz qalması nə dərəcədə inandırıcıdır?

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, qanunvericilikdə məişət zorakılığı anlayışına dair verilən izaha əsasən, məişət zorakılığı uzun müddət birgə yaşamaqdan və ya nikah münasibətlərindən sui-istifadə etməklə bir şəxsin digərinə qarşı psixoloji, iqtisadi, fiziki, emosional və cinsi zorakılıq formaları tətbiq etməsi kimi qiymətləndirilir: “Bu anlayışın özü göstərir ki, məişət zorakılığı yalnız bir cinsə, yalnız bir sosial qrupa aid edilə bilməz. O, ailədaxili münasibətlərin deformasiyası nəticəsində yaranan çoxşaxəli və kompleks sosial problemdir. Lakin ümumilikdə mövcud yanaşmalara baxdıqda, məişət zorakılığının kişiyə qarşı, qadına qarşı və uşağa qarşı tətbiqi məsələsində ciddi ziddiyyətlər və balanssızlıqlar müşahidə olunur. Təəssüflə qeyd etmək lazımdır ki, məişət zorakılığı mövzusu müxtəlif güc mərkəzləri tərəfindən demək olar ki, yalnız “qadına qarşı məişət zorakılığı” prizmasından təqdim olunur və ictimai rəyə bu istiqamətdə fokuslanır. Bu isə nə problemin mahiyyətinə uyğundur, nə də sağlam yanaşma sayıla bilər. Belə bir yanaşma çox zaman aqressiv feminist dalğanın təsiri altında formalaşan, müxtəlif beynəlxalq və ideoloji mərkəzlər tərəfindən yönləndirilən bir hərəkat təsiri bağışlayır. Xüsusilə Azərbaycan kimi ənənəvi cəmiyyətlərdə bu cür birtərəfli yanaşma birbaşa ailə institutunu hədəfə alır, qadın-kişi qarşıdurması yaradır, ailədaxili münaqişələri “qadın hüquqları” adı altında dərinləşdirir. Nəticədə isə cəmiyyətin əsas dayağı olan ailə institutu sarsıdılır, sosial harmoniya pozulur”.

Ekspert deyib ki, bəzən bu proseslərdə Overton pəncərəsi anlayışının tətbiq edildiyi də açıq-aydın hiss olunur. Yəni ilkin mərhələdə cəmiyyət üçün qəbuledilməz olan fikirlər “gender bərabərliyi”, “qadın hüquqları” kimi anlayışlar altında tədricən normallaşdırılır: “Məişət zorakılığı problemi bu fonda bir alətə çevrilir, lakin əsas məqsəd gizli saxlanılır. Bu məqsəd isə açıq-aydın görünür: kişi mərkəzli cəmiyyət modelini sarsıtmaq, ailə iyerarxiyasını dağıtmaq, hətta bəzi hallarda anaxaqanlıq modelini normallaşdırmaqdır. Bu cür proseslərin nəticəsində münaqişəli ailələrin sayı artır, boşanmalar çoxalır, uşaqlar psixoloji travmalarla böyüyür”.

Sosioloqun fikrincə, məişət zorakılığı anlayışını yalnız qadınlar üzərindən fokuslamaq ədalətsizlikdir: “Ortaya ciddi suallar çıxır: Niyə məişət zorakılığı deyildikdə yalnız qadınlar ön plana çəkilir? Niyə statistik məlumatlar yalnız qadın müraciətləri üzərindən formalaşdırılır? Məlumdur ki, qadınlar məişət zorakılığına məruz qaldıqda qaynar xətlərə, QHT-lərə, media orqanlarına daha rahat müraciət edirlər. Lakin araşdırmalar göstərir ki, məişət zorakılığının ən ağır və dağıdıcı forması emosional zorakılıqdır və bu zorakılıq növünü çox zaman qadınlar kişilərə qarşı tətbiq edirlər. Problem ondadır ki, xüsusilə ənənəvi cəmiyyətlərdə kişilər qadın tərəfindən emosional və psixoloji zorakılığa məruz qaldıqlarını etiraf etməyi öz qürurlarına sığışdırmır, aidiyyəti qurumlara müraciət etmirlər. Əgər ailəsi, həyat yoldaşı və ya yaxınları tərəfindən zorakılığa məruz qalmış kişilər də rəsmi ünvanlara müraciət etsəydilər, bu gün təqdim olunan statistika tamamilə fərqli mənzərə ortaya qoyardı. Deməli, məişət zorakılığı anlayışını yalnız qadınlar üzərindən fokuslamaq həm ədalətsizdir, həm də problemin həllinə xidmət etmir”.

Ekspert deyib ki, digər vacib məsələ isə uşaqlara qarşı məişət zorakılığıdır: “Valideynləri – ana və ata tərəfindən zorakılığa məruz qalan uşaqlar azdırmı? Əlbəttə ki, xeyr. Onların sayı kifayət qədər çoxdur. Sadəcə, uşaqların səsi olacaq effektiv mexanizmlər mövcud deyil. Əgər uşaqların özlərini ifadə edə biləcəyi real mexanizmlər olsaydı, uşaqlara qarşı həm fiziki, həm emosional, həm də iqtisadi zorakılığın miqyası daha aydın üzə çıxardı. Təəssüf ki, valideynlərin öz aqressiyalarını çox zaman məhz uşaqların üzərinə yönəltdiyini görürük. Son günlər Milli Məclisdə məişət zorakılığı qurbanı olan qadınların pulsuz vəkillə təmin olunması ilə bağlı müzakirələrin aparılması da bu baxımdan ciddi suallar doğurur. Əgər söhbət məişət zorakılığının qurbanlarından gedirsə, bu yanaşma niyə yalnız qadınlara şamil edilir? Məişət zorakılığına məruz qalan kişi və ya uşaq bu hüquqdan niyə kənarda qalmalıdır? Hesab edirəm ki, əgər bu sahədə qanuni mexanizmlər yaradılırsa, onlar universal, ədalətli və ayrı-seçkilikdən uzaq olmalıdır. Qanun yalnız bir cinsin deyil, bütün qurbanların müdafiəsinə xidmət etməlidir. Yalnız bu halda məişət zorakılığı problemi real və effektiv şəkildə həll oluna bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nəqliyyatda güzəşt tətbiqi gələn ilə qaldı

Next

Çay istehsalında ciddi azalma

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv