Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovun
Müraciəti
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm cənab Prezident!
Siz Uca Allahın lütfü və xeyir-duası ilə müdrikliyinizi yaşınızla deyil, əməllərinizlə təsdiq etmiş bir dövlət başçısısınız. Sizin rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyü və əzəli torpaqları üzərində suverenliyi tam bərpa olunmuş, Qarabağda və ətraf bölgələrdə şəhər və kəndlər yenidən dirçəlmiş, məktəblər, məscidlər və məbədlər fəaliyyətə başlamışdır.
Siz xalqımızın onilliklər boyu davam edən böyük həsrətinə son qoyaraq, bir milyona yaxın insanın yurd nisgilinə son vermisiniz.
Məhz Sizin müdrik və qətiyyətli siyasətiniz sayəsində regionda müharibəyə son qoyulmuş, günahsız insanların qanı axıdılmır, anaların göz yaşları qurumuşdur.
Allahın sevimli bəndəsi, xalqının qüdrətli sərkərdəsi, haqq və ədalətin carçısı olan cənab Prezident, doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmağı özümə böyük şərəf bilirəm.
Uca Allah hər zaman yardımçınız olsun,öz mərhəmətini Azərbaycan xalqından və sizin üzərindən əsirgəməsin!
Allah dövlətimizə daim qüdrət, ordumuza rəşadət, Sizə isə möhkəm cansağlığı və uzun ömür nəsib etsin!
Dərin hörmət və ehtiramla,
Hacı Tahir Abbasov

