Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

