Siyasət 

Prezident İlham Əliyev “Qarabağ”ı təbrik etdi – FOTO

Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində qazanılan qələbədən sonra “Qarabağ” klubunu təbrik edib.

Musavat.com Prezidentin təbrik paylaşımını təqdim edir:

“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”

 

Musavat.com

photo_2026-01-22_00-57-46.jpg (95 KB)

Daha çox xəbərlər