Qurban Qurbanov göz yaşlarını saxlaya bilmədi – VİDEO
“Qarabağ”ın “Ayntraxt” üzərində qazandığı qələbə təkcə hesabla deyil, yaşanan emosiyalarla da yadda qalıb. Matçdan sonra meydanda duyğulu anlar yaşanıb.
Musavat.com xəbər verir ki, futbolçular və baş məşqçi Qurban Qurbanov qazanılan qələbənin təsiri ilə göz yaşlarını saxlaya bilməyiblər. Komandanın son dəqiqələrdə iradə göstərərək üstünlüyü yenidən ələ alması və oyunu qələbə ilə bitirməsi emosiyaları daha da artırıb.
Qarşılaşmadan sonra futbolçuların bir-birini qucaqlaması, Qurban Qurbanovun da duyğulandığı anlar sosial şəbəkədə yayılıb.
Musavat.com

