1500 şəxsin əlilliyi ləğv edilib
Ötən il 1500 şəxsin əlilliyi ləğv edilib.
Musavat.com bildirir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev deyib.
O qeyd edib ki, 2025-ci ildə əlilliyin təyin olunması ilə bağlı aidiyyəti quruma ümumilikdə 74 mindən çox müraciət daxil olub.
Aparılan qiymətləndirmələrin nəticəsinə əsasən, bu müraciətlərin 31 faizi, yəni təxminən 22 min nəfər üzrə əlillik təminatının verilməsindən imtina edilib.

