Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatında 2 fevral Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakşıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinin yad edilməsilə başlanmışdır.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov çıxış edərək, dövlət gənclər siyasətindən danışıb. Bildirib ki, Azərbaycan gəncləri Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ətrafında sıx birləşərək necə böyük gücə sahib olduqlarını Vətən müharibəsində qazanılan böyük Zəfərlə sübut etdilər.
Partiya fəalı, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Ramin Əmrahlı və Heydər Əliyev Mərkəzinin əməkdaşı Fəridə Süleymanova öz çıxışlarında dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyindən danışıb, bütün xalqımızla birlikdə gənclərin ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birliyini xüsusi vurğulayıblar.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.
Sonda fəal gənclərlə xatirə şəkli çəkdirilib.

Daha çox xəbərlər