Cəmiyyət 

Xüsusi şərtlərlə əmək pensiyası alanlarla bağlı MÜHÜM XƏBƏR

Bu ilin yanvar ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 232 nəfər olub.

Musavat.com bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Onların 114 358 nəfəri yaşa (illik müqayisədə 2,6 % çox), 14 112 nəfəri əlilliyə (0,7 % az), 22 762 nəfəri isə ailə başçısını itirməyə görə (5,2 % çox) pensiya alıb.

Daha çox xəbərlər