Cəmiyyət 

Dəyərlər…

Bəzi anlayışların müzakirəsi zəruridir. Xatırlamaq, xatırlatmaq üçün. Dəyər tərəzisi hər gözdə fərqlidir. Bəzən status, vəzifə, titul bu tərəzidə ağır çəkir, mədəniyyət etika, heysiyyət, yüngül qalır. İnsanın öncəliklə özünə, sonra, ətrafına, cəmiyyətə münasibəti ilə formalaşır, bəzən də formalaşa bilmir. Əgər bir cəmiyyətdə, insanlar arası münasibətlərdə, boşluq varsa, xoş olmayan situasiyalar yaranırsa, bunun əsas səbəbi həmin şəxslərin dəyərləri bilməməsidir.

Fərdlərin həyata baxışı müxtəlifdir, təbii ki. Xüsusilə, müasir dövrdə azadlığı əfsuslar olsun, çox yalnış anlayanlar var. Azyaşlıların bir-birilərinə qarşı zorakılığı, hətta valideyn övlad bağlarının artıq əvvəlki müqəddəsliyini itirdiyinin şahidi oluruq. Mənzərə dəhşətlidir. Nümunələrin hər biri problemdirsə, səbəbi, sözün əsl mənasında tərbiyyənin olmamasıdır. Övladların tərbiyyəsi məsələsi, zəruridir, ələlxüsus, valideyn adını daşıyanların. Bəli, bəli, tərbiyyə bilavasitə, tərbiyyə verəndən asılıdır. Necə deyərlər, uşaq gördüyünü götürür. Danışığı, davranışı ilə örnək olacaq insanların sayının artmasını arzu edərdim. Mentalitet hər bir cəmiyyətin təməl dəyərlərini ehtiva edir. Bu anlayış, bəziləri üçün, sanki asılılıqdır. Məsələlərə, anlayışlara düzgün aspektdən yanaşmaq çox önəmlidir. Mahiyyət dərk olunmadığı halda, izah önəmsizləşir.

Bir gün, multikulturalizm dərsində, müəllim, “Din nədir?” sualını ünvanlamışdı. Cavabım, o gün də, bu gün də vicdandır. Günün sonunda vicdan, deyər, “rahat yat!” ya da “ mən sızıldadım, sən də yuxusuz qal!”. Din də, mentalitet də, mədəniyyət də, vicdandan asılıdır. Yalnız təhsil almaq, bir vəzifəyə yüksəlmək, var-dövlətlə, “yaşadıqlarını” zənn edənlər var. Sevinməyi, sevilməyi, bir ovuc duanı, ürək dolusu ümidi, arzunu unutmaq, daha doğrusu, saymamaq dəhşət, fəlakət deyilmi ?!

Ya Rəb, bu nə dəhşət, nə fəlakət?

Ya Rəb, bu nə vəhşət, nə zəlalət?

Yoq kimsədə insafü mürüvvət,

İblisəmi uymuş bəşəriyyət!?

İblis nədir?

– Cümlə xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir?

– İblis!..

Hüseyn Cavid “İblis”

Nuray Səxavət

Daha çox xəbərlər