“Mənim üçün çox çətin, ağırdır” – Günay Ağamalı
“Mənim üçün çox çətindir. Atam haqqında nəsə demək mənim üçün ağırdır…”
Bu sözləri Musavat.com-a açıqlamasında mərhum Fəzail Ağamalının deputat qızı Günay Ağamalı bildirib.
O, atasının vida mərasimində media nümayəndələrinin suallarını cavablandırarkən duyğularını gizlətməyib və hazırda danışmağın onun üçün nə qədər çətin olduğunu ifadə edib.
Mərhumun oğlu Elçin Ağamalı isə bütün sualları cavabsız qoyub. O, qısa şəkildə “İndi atam haqqında nəsə danışmağın nə yeri, nə zamanıdır” – deyə bildirib.

Xatırladaq ki, Milli Məclisin deputatı Günay Ağamalı bir neçə gün öncə Ana Vətən Partiyasının sədri seçilib. Ötən ilin oktyabrın 25-də keçirilən AVP-nin qurultayında Fəzail Ağamalının öz postunu deputat qızı Günay Ağamalıya verməsi partiya daxilində ciddi rezonans doğurmuşdu. Həmin vaxt partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləmişdi. Bu səbəbdən qurultay zamanı Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaşanmış, bu məqam ictimai müzakirələrə səbəb olmuşdu.
Vida mərasimində də bacı-qardaş Ağamalılar arasında soyuqluq müşahidə olunub.
Xalidə Gəray
Video və foto müəllifindir
Musavat.com

