Sosial 

Deputatdan HƏYƏCAN TƏBİLİ: “Uşaqların tərbiyəsinə…”

Deputat Ceyhun Məmmədiv Milli Məclisdə “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklikdən danışıb və layihəyə səs verəcəyini bildirib.

Musavat.com bildirir ki, o, layihəni sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə cənab Prezidentin rəhbərliyi ilə dövlətimizin növbəti qayğısı kimi xarakterizə edib:

“Bu, onu göstərir ki, ölkəmiz sosial dövlət missiyasını uğurla yerinə yetirir, xüsusi qayğıya ehtiyacı olan insanları daima diqqətdə saxlayır”.

Dünyamız yeni iqtisadi böhranın astanasındadır"- Ceyhun Məmmədov | sfera.az

C.Məmmədov daha sonra çıxışında son günlər Bakıdakı məktəblərdən birində baş verən xoşagəlməz hadisədən bəhs edib:

“Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü – gündən daha da artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınmaqdadır.

Düşünürəm ki, uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə ciddi düşünməyə ehtiyac var. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var. Onu da qeyd edim ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtaliya və İspaniyada artıq qərar və qanunların qəbul olunmasına başlanılıb. Düşünürəm ki, artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq daha da çətinləşəcək. Heç şübhəsiz ki bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox məşğul olmalıdır”.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər