Prezidentin yüksək vəzifəyə təyin etdiyi Azər Mursaqulov KİMDİR… – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Musavat.com Azər Mursaqulovun dosyesini təqdim edir:
Azər Mursaqulov 1981-ci ildə ildə anadan olub.
O, Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.
A.Mursaqulov 2010–2012-ci illərdə Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
2012–2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tuturdu.

