Cəmiyyət 

Kəlbəcərdə möhtəşəm qış mənzərələri – VİDEO, FOTO

Fevralın sərt və eyni zamanda valehedici nəfəsi Kəlbəcərdə özünü bütün əzəməti ilə göstərir. Dağlar ağ örpəyə bürünüb, dərələr sanki nağıllar aləminə çevrilib. Kəlbəcərin uca zirvələri fevral ayında daha möhtəşəm görünür. Günəş şüaları qarın üzərinə düşdükcə hər tərəf büllur kimi parıldayır. Meşələr, qayalar, dağ yolları – hamısı ağ rəngin saysız çalarları ilə boyanıb, möhtəşəm mənzərələr meydana gətirib. Sərt şaxtaya baxmayaraq, Kəlbəcərin qışı öz istiliyini məhz bu gözəllikdən alır.

Təbiətin bu möhtəşəm tabloya çevrildiyi anlar bir daha göstərir ki, Kəlbəcər ilin bütün fəsillərində bənzərsizdir, amma fevralın qarlı günlərində tamam başqa aləmdir.

Musavat.com Kəlbəcərin qış mənzərələrini təqdim edir.

Etibar Seyidağa,
Musavat.com

Daha çox xəbərlər