Yaz havası bitir, tezliklə… – Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
“Hazırda Bakı şəhərində yaz havası müşahidə edilir. Eyni hava şəraiti Türkiyədə də davam edir. Afrikanın şimalından, daha dəqiq desək, Liviyanın ərazisindən Avropaya isti hava axınları gəlir. Bu axınlar maneəsiz olaraq, Azərbaycan, Türkiyə və İrana daxil olur. Nəticədə hər üç ölkədə qışa uyğun olmayan hava şəraiti yaranıb”.
Bunu Musavat.com-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, bir neçə günə hava yenə sərinləyə bilər:
“Çünki qışda yaz fəslinə məxsus hava şəraiti bir neçə gün davam edir. Təzyiq düşdüyünə görə soyuq ərazilərdən gələn hava kütlələri ölkələrə daxil olurlar. Soyuq arktik hava kütlələri ölkəmizə şimaldan daxil ola bilər. Azərbaycan ərazisinə eyni zamanda Atlantik okeanından gələn və Azor maksimumu deyilən antisiklonlar daxil ola bilər. Ona görə də qısa müddət ərzində havaların soyuması gözləniləndir”.
Qeyd edək ki, qütb soyuqları və intensiv yağıntılardan sonra Türkiyədə də Liviya üzərindən gələn hava kütləsinin təsiri sayəsində yaz havası yaşanır. Buna baxmayaraq, fevralın 17-dən etibarən leysan yağışlar və sərin hava yenidən üstünlük təşkil edəcək. Soyuq hava kütlələrinin Azərbaycana da daxil olacağı gözlənilir.
Şahanə Rəhimli
Musavat.com

