Qurbanovun ardınca o gedəcək: Yerinə KİM GƏLİR?
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış, indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.
Musavat.com Bakupost.az-a istinadla xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.
TƏBİB necə idarə olunur?
Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb. Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.
Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
– Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini
– Agentliyin İdarə Heyəti sədrinin müavini
– Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir.
Vüqar Qurbanovun işdən çıxarılmasından sonra İdarə Heyətində də dəyişiklik gözləniləndir.
Redaksiyaya daxil olan məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək.

