ADSEA təkzib versə də, suyun qiymət artımı yenidən gündəmdədir – İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda suyun qiymətinin artması yenidən gündəmə gəlib. Tarif artımı ilə bağlı xəbərlərə görə ADSEA tərəfindən təkzib verilsə də, əhali arasında suyun bahalaşması mövzusu hələ də müzakirələrdən düşmür. Yeni tariflərlə 10 kubmetrə qədər suyun qiyməti 1 manat 20 qəpikdən başlayaraq, daha çox istifadə olunan su üçün 2 manatadək yüksələcək. Bu dəyişiklik gündəlik xərclərə birbaşa təsir edəcəyi üçün əhali arasında maraq və narahatlıq doğurur.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli BiG.AZ-a açıqlamasında bildirdi ki, suyun differensial tarifi dedikdə bu əhali üçün yenilik deyil. Yəni işıq və qazın qiyməti necədirsə, suyun tarifində də limit tətbiq ediləcək. Tarif tətbiq edildikdə, qiymətlər birmənalı şəkildə dəyişəcək. Onun sözlərinə görə, hazırda suyun 1 kubu 70 qəpik, kanalizasiyanın bir kubu 30 qəpikdirsə, limit tətbiq edildikdən sonra qiymətlər limitə görə dəyişəcək: “Ancaq aşağı hədd neçiyə olacaq bunu yaxında biləcəyik. Yəni bu Tarif Şurasının səlahiyyətində olan məsələdir. Lakin istənilən halda qiymət fərqi olacaq. Burda önəmli olan məsələ həmdə limitin həcmidir. Birdə limit aylıq və illikmi müəyyənləşdiriləcək oda bəlli deyil.
Məsələn, qazın qiymətində limit illikdir. Ancaq işığın qiymətində isə limit aylıq verilir. Yəni suyun limitinin aylıq yoxsa illik olması əhali üçün vacibdir. Çünki yay aylarında suya təlabat daha çox artır. Hesab edirəm ki, suyun limitinin illik müəyyənləşdirilməsi daha yaxşı olar”.

