Siyasət 

Vətənə müxalifət, yoxsa iqtidara? – Vaşinqton aksiyasının mənəvi sualları

Prezidentin Amerikada protesto edilməsinə cəhd göstərilməsinin hüquqi tərəfləri ilə işim yoxdur: onların bu hərəkətləri qanuni idimi, dövlət başçılarının qaldıqları məkanlara nə qədər yaxınlaşmaq olar, orada meqafondan istifadəyə qanunlar yol verirmi və s.

Açığı, bunları araşdırmağa nə vaxtım, nə də həvəsim var. Heç marağım da yoxdur.

Məni məsələnin daha çox mənəvi tərəfi maraqlandırır.

Belə ki, həmin aksiyada iştirak edənlərdən Tofiq Yaqublunun oğlu Rəhimdən başqa əksəriyyəti uzun illərdir Amerikada yaşayırlar. Bu illər ərzində biz, Azərbaycan icması olaraq, ermənilərə qarşı saysız-hesabsız aksiyalar keçirmişik. Şəxsən mən 12 ildir Amerikada olduğum müddətdə çox vaxt övladlarımla bərabər Ermənistanın Vaşinqtondakı səfirliyinin önündə hər 26 fevralda, Vaşinqtonun sərt soyuğunda saatlarla Xocalı soyqırımını protesto etmişik.

Xüsusilə Polad Həşimovun şəhadətindən etibarən, 44 günlük savaşımızın sonuna qədər sayını itirdiyim qədər aksiyalar keçirdik.

O aksiyaların heç birində həmin o Prezidenti protesto etməklə ölkəmiz adına utancverici mənzərənin yaranmasına səbəb olan şəxslərdən birini də görmədim. Anladıq – iqtidara müxalifsiniz və bu sizin haqqınızdır. Bəs Vətən? Vətənə də müxalifsiniz? Yoxsa ermənini düşmən hesab etmirsiniz ki, bu illər ərzində bircə dəfə də olsun bu cür aksiyalardan birini yaşadığınız şəhərdə yerləşən düşmən ölkənin səfirliyinin qarşısında təşkil etmədiniz?

Bəlkə “green card” eşqi Vətən eşqini üstələdi?

Hə, bir də, hüquqlarını müdafiə etmək üçün çıxdığınızı iddia etdiyiniz jurnalistlər və Tofiq Yaqublu yeni həbs edilməyiblər. Yəni onların həbsdə olduqları müddətdə ölkə başçımız dəfələrlə Amerikada səfərdə olub. Niyə məhz indi protesto etmək ağlınıza gəldi?

Sizi bilmirəm, mənə görə həm Münhendə, həm də Vaşinqtonda baş verənlərin Bakıda separatçı erməni qatillərinə ömürlük, Rusiyanın adamı olan Vardanyana 20 il həbs cəzası verilməsindən dərhal sonra baş verməsi heç də təsadüf deyil…

Zaur Bayramlı,
Vaşinqton

Daha çox xəbərlər