Kriminal 

Göyçayda 29 yaşlı oğlanı bıçaqlayan şəxsin kimliyi məlum olub

Göyçayda bıçaqlanma hadisəsi olub.
ARANTV.AZ xəbər verir ki, Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu bıçaq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ə.Nəcəfovu bıçaqlayaraq qaçan Göyçay şəhər sakini, əvvəllər məhkumluq həyatı yaşamış 1989-cu il təvəllüdlü Vasif Rüstəmov Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa)

Daha çox xəbərlər