Gündəm 

Serbiya İrandakı səfirliyini Bakıya köçürdü – Azərbaycan sərhədinə axın davam edir

Serbiyanın İrandakı səfirliyi Azərbaycana köçürülüb.

Musavat.com xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç açıqlama verib.

O bildirib ki, Serbiya səfirliyi Tehranda zərər görüb və səfirliyin əməkdaşları təxliyə edilir. Vuçiçin sözlərinə görə, diplomatik personal təhlükəsizlik məqsədilə Bakıya yönləndirilir.

Eyni zamanda İranla sərhəddə yerləşən Astara sərhəd-keçid məntəqəsi vasitəsilə müxtəlif ölkələrin vətəndaşlarının təhlükəsiz keçidi təmin olunur.

Son məlumata görə, 3 Banqladeş, 3 Qətər və 1 Pakistan vətəndaşı İran ərazisindən çıxarılaraq Azərbaycana gətirilib. Həmçinin, İordaniyanın Tehrandakı səfirliyinin 4 əməkdaşı da Bakıya təxliyə olunub.

Rusiya mediasının yazdığına görə, Rusiya vətəndaşlarının İran ərazisindən çıxarılması üçün artıq 500-ə yaxın sərhəd keçid icazəsi verilib.

Bundan əlavə, 53 Azərbaycan vətəndaşı İran ərazisindən çıxarılaraq təhlükəsiz zonaya keçib.

Hazırda yaranmış gərginlik fonunda Bakı yalnız milli maraqlar çərçivəsində deyil, həm də beynəlxalq humanitar məsuliyyət kontekstində hərəkət edir.

Daha çox xəbərlər