Cəmiyyət 

17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR

Mart ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb.

Musavat.com xəbər verir ki, qarşıdan gələn ay ərzində ölkədə üç bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü, eləcə də Ramazan və Novruz bayramları qeyd ediləcək.

Təqvimə əsasən, martın 8-i bazar gününə təsadüf etdiyindən 9 mart da istirahət günü olacaq. Bundan əlavə, 20–24 mart tarixləri Novruz bayramı günləri kimi qeyd olunur. 21 və 22 martın həftəsonuna düşməsi səbəbindən 25 və 26 mart da qeyri-iş günü elan ediləcək.

Eyni zamanda, martın 20–21-də qeyd olunan Ramazan bayramı digər bayram günləri ilə üst-üstə düşdüyünə görə, Əmək Məcəlləsinə uyğun olaraq 27 və 30 mart tarixləri də istirahət günü sayılacaq.

Beləliklə, bayramlar və həftəsonları nəzərə alınmaqla mart ayında ümumilikdə 17 qeyri-iş günü olacaq. Novruz və Ramazan bayramları ilə əlaqədar isə 20–30 mart tarixləri aralığında ardıcıl 11 gün iş olmayacaq.

Daha çox xəbərlər