SON DƏQİQƏ! Hərbi rəhbərlərin ölümü TƏSDİQLƏNDİ
İran rəsmiləri bir neçə yüksək vəzifəli hərbçinin həlak olduğunu rəsmən açıqlayıb.
Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda ölkənin yüksək rütbəli hərbi rəhbərlərinin ölümü ilə bağlı başsağlığı mesajı yayıb.
Məlumata əsasən, SEPAH-ın baş komandanı Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, müdafiə naziri Əziz Nəsirzadə və Müdafiə Şurasının katibi admiral Əli Şamxani həyatını itirib. Açıqlamada həmçinin bildirilib ki, ötən gün ali dini lider vəzifəsinə təyin olunan Ayətullah Əlirza Ərafi də öldürülüb.

