Azərbaycan səfirliklərinin fəaliyyətində problem varmı?- Ayxan Hacızadədən açıqlama
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
A.Hacızadə qeyd edib ki, Azərbaycanın səfirlikləri və Baş konsulluqları fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir. Hava məkanı bağlı olduğu üçün səfirliklərin təxliyəsi mümkün deyil:
“Bölgədə yaranmış böhran vəziyyəti ilə əlaqədar Azərbaycan, o cümlədən üçüncü ölkə vətəndaşlarının quru sərhədi vasitəsilə ölkəmizə təxliyəsi prosesi isə davam edir”, A.Hacızadə bildirib.
Qeyd edək ki, “Report”un Cənub bürosunun məlumatına görə, Astara Sərhəd Gömrük keçid məntəqəsindən səhər saatlarında 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub. Bu gecə həmçinin 50 Çin vətəndaşı da təxliyə olunub.

