Azərbaycan XİN başçısı: ”İran bizə vəd verib”
Naxçıvana qəbuledilməz hücumla bağlı moldovalı həmkarıma məlumat verdim.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan dövlətinin mövqeyi rəsmi şəkildə bildirilib, İrana nota verilib:
“Ötən gün Təhlükəsizlik Şurasınının iclasında mesajlarımız açıq şəkildə bildirilib. Dünən iranlı həmkarımla danışıqda o araşdırma ilə bağlı vəd verdi”.

