Gündəm 

Azərbaycan İranı küncə sıxışdırdı – ŞOK DETALLAR

Prezident İlham Əliyevin İran tərəfindən Naxçıvana endirilən dron zərbəsinin ardından keçirdiyi Təhlükəsizlik Şurasındakı çıxışı nəinki ölkə daxilində, xaricdə də geniş müzakirələrə səbəb olub. Bu iclas ölkəmizin təhlükəsizlik gündəminin nə qədər ciddi mərhələyə daxil olduğunu bir daha göstərdi. Birmənalı şəkildə ərazimizə pilotsuz uçuş aparatları ilə endirilən zərbə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükəli təxribat kimi qiymətləndirildi. Eyni zamanda dövlət başçısının iclasda səsləndirdiyi fikirlər Azərbaycanın bu cür addımlara qarşı mövqeyinin qəti və birmənalı olduğunu ortaya qoydu. Ali Baş Komandanın çıxışında səslənən Dəmir Yumruq mesajı xüsusi diqqət çəkdi. Bu ifadə artıq Azərbaycanın təhlükəsizlik siyasətində formalaşmış prinsipial xəttin göstəricisi kimi qəbul edilir. Bir tərəfdən diplomatik müstəvidə açıq xəbərdarlıq kimi səslənən bu mesaj digər tərəfdən lazım gəldiyi halda ölkənin hərbi və təhlükəsizlik imkanlarının səfərbər edilə biləcəyinə dair ciddi siqnal kimi dəyərləndirilir.

SOfniJRB3UTnaYId5rHPXqcBj9W8qXov7qrl4v13_1200.jpg (105 KB)

Regionda baş verən son hadisələr, xüsusilə də İran istiqamətindən gələn təhdidlər fonunda bu bəyanatlar daha geniş geosiyasi kontekstdə müzakirə olunur. Rəsmi Bakı açıq şəkildə göstərir ki, Azərbaycanın təhlükəsizliyinə yönələn istənilən addım cavabsız qalmayacaq və dövlət öz suveren hüquqlarını qorumaq üçün bütün vasitələrdən istifadə etmək iradəsinə malikdir.

Dəmir Yumruq mesajı diplomatik xəbərdarlıq, yoxsa hərbi siqnaldır?

resad_bayramov.jpg (26 KB)

Politoloq Rəşad Bayramov Musavat.com-a açıqlamasında bildirib ki, Prezidentin Dəmir Yumruq mesajı özündə hərbi gücün nümayişini və ölkənin təhlükəsizliyinə yönəlik təhdidlərə qarşı qətiyyəti ehtiva edir:

“Bu mesaj dövlətimizin qətiyyətli və prinsipial mövqeyinin açıq şəkildə bəyanıdır. Prezidentin Təhlükəsizlik Şurası iclasındakı çıxışı dövlətin öz ərazi bütövlüyünü hər hansı xarici təcavüzdən qorumaq üçün lazımi bütün tədbirləri görməyə hazır olduğunu göstərir.

Bununla yanaşı, bu mesaj diplomatik xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Dəmir Yumruq ifadəsi İran və digər ölkələrə verilən ciddi xəbərdarlıqdır ki, Azərbaycan heç vaxt özünü təcavüzkar qüvvələrin qarşısında aciz hiss etməyəcək. Bu, həm də xarici diplomatik məkanlara verilən bir mesajdır ki, Azərbaycan, həm qonşu dövlətlərdən, həm də beynəlxalq güclərdən gələn təhdidlərə qarşı özünü müdafiə etmək qabiliyyətindədir. Prezidentin ifadələri İranın Naxçıvana zərbə endirməsi ilə bağlı sərt reaksiyanı nümayiş etdirir və eyni zamanda ölkənin bu cür təcavüzlərə qarşı qarşısını almaq üçün bütün diplomatik və hərbi vasitələrdən istifadə edəcəyini göstərir. Dəmir Yumruq həm də hərbi siqnaldır. Bu ifadə hərbi əməliyyatlar və silahlı qüvvələrin təcili hazırlığını simvollaşdırır. Prezidentin öz çıxışında Silahlı Qüvvələrin, Dövlət Sərhəd Xidmətinin və xüsusi təyinatlı qüvvələrin səfərbər edilməsi barədə verdiyi göstərişlər, ölkənin hərbi hazırlığının yüksək səviyyədə olduğunu nümayiş etdirir. Əslində çıxışdakı Dəmir Yumruq mesajı Azərbaycanın bu növ təcavüzlərə qarşı müqavimət göstərə biləcək hərbi qüvvə və hazırlığa sahib olduğunu göstərir.

Dəmir Yumruq mesajı Azərbaycan dövlətinin heç vaxt öz milli maraqlarını güzəştə getməyəcəyini ortaya qoyur. Hərbi siqnal və diplomatik xəbərdarlığın birləşməsi Azərbaycanın potensial təcavüzlərə qarşı daha qətiyyətli və hazırlıqlı olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın özünü qlobal arenada daha möhkəm şəkildə təqdim etməsi üçün əhəmiyyətli addımdır”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər