Siyasət 

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində C.Bayramovun Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

XİN başçısının həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Daha çox xəbərlər