Bakıda 31 yaşlı kişi evində bıçaqlandı
Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, rayonun Şəfaət Mehdiyev 3 ünvanında yaşayan 31 yaşlı Xəlilov Amid Abit oğlu evdə bıçaq xəsarəti alıb.
Dərhal xəstəxanaya yerləşdirilən yaralıya sol qolun və bazunun kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

