Cəmiyyət 

Ağdam şəhərində Ramazan bayramı namazı qılınıb

İşğaldan azad olunmuş Ağdam şəhərində Ramazan bayramı namazı qılınıb.

“İki sahil” xəbər verir ki, Ağdam Cümə məscidində qılınan bayram namazında ötən illərdəkindən fərqli olaraq Ağdam şəhərinə köçmüş sakinlər də iştirak ediblər. Bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları yad olunub, ruhlarına dualar oxunub.

Daha çox xəbərlər