Dünya 

TƏCİLİ! Helikopter qəzası: 3 türk həlak oldu

Qətərdə hərbi vertolyot qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib.

Məlumata görə, qəza planlı təlim uçuşu zamanı baş verib. Qətər Müdafiə Nazirliyi bildirib ki, vertolyot texniki nasazlıq səbəbindən idarəetməni itirib və dənizə düşüb. Vertolyotda 7 nəfər olub.

Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, vertolyot Qətər-Türkiyə birgə komandanlığı çərçivəsində təlim uçuşu həyata keçirirmiş. Həlak olanlar arasında Türkiyə Silahlı Qüvvələrinin 1 hərbçisi, 2 ASELSAN texniki mütəxəssisi və Qətər Silahlı Qüvvələrinin 4 əməkdaşı yer alır.

Daha çox xəbərlər