Cəmiyyət 

Bir Ananın Səbrində Bir Millətin Qüruru!!

Bu gün adi bir doğum günü deyil… Bu gün bir millətin qürurunun, səbrinin və böyüklüyünün simvoluna çevrilmiş Bərdədən olan bir ananın doğum günüdür.O ana ki, taleyinə ən ağır imtahanlar yazıldı…O ana ki, bir yox, iki yox dörd əzizini Vətənə qurban verdi.Həyat yoldaşını, oğlunu, qardaşını və qaynını…Bu, sadəcə itki deyil bu, bir ömrün Vətən yolunda əriməsidir. Belə dərdi söz ifadə edə bilməz…Amma bu dərdin içində elə bir ucalıq var ki, o ucalıq qarşısında hər kəs baş əyir.Bu gün biz azad torpaqda nəfəs alırıqsa,Qarabağımız azaddırsa, Bayrağımız qürurla dalğalanırsa Bu, məhz belə anaların səbrinin, şəhidlərimizin qanının nəticəsidir.Şəhidlər ölmür…Onlar Vətənin qəlbində yaşayır, millətin yaddaşında əbədiləşir. Bu müqəddəs gündə Elza anamıza üz tutub deyirik:Siz təkcə bir ana deyilsiniz Siz bir millətin vicdanı, qeyrəti və qürurusunuz. Allah sizə uzun ömür, möhkəm can sağlığı versin.Allah bir daha sizə belə ağır dərd yaşatmasın.Başımız Sizin kimi analara görə dikdir…Ruhunuzda daşıdığınız o böyük yük qarşısında baş əyirik.Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! İctimai fəal Vaqif Məhəmməd oğlu.

Daha çox xəbərlər