Azərbaycanda DƏHŞƏTLİ qəza: ÖLƏN VAR
Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilləri toqquşub. Qəza zamanı bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.

