Bakıda 2 yaşlı uşaq qəfil öldü
Bakıda səhhəti qəfil pisləşən 2 yaşlı uşaq vəfat edib.
Hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib.
Belə ki, martın 30-u saat 07 radələrində 2024-cü il təvəllüdlü qəsəbə sakini Cahangir Şəhriyar oğlu İsgəndərli naməlum səbəbdən qaytarmağa başlayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az/

