Dünya 

ABŞ İranın BMT-dəki nümayəndəsini ölkədən ÇIXARDI

2025-ci ilin dekabrında ABŞ Dövlət Departamenti İranın BMT-dəki daimi nümayəndəsinin müavini Ağayanidən milli təhlükəsizlik mülahizələrinə istinad edərək ölkəni tərk etməsini tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı administrasiyadakı mənbəsinə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, bu qərar ictimaiyyətə açıqlanmayıb və bir sıra ardıcıl tədbirlərin tərkib hissəsi olub.

Belə ki, son yarım il ərzində Nyu-Yorkdan ən azı üç iranlı diplomat çıxarılıb. Deportasiya rəsmi şəkildə “persona non grata” elan edilmədən, daxili “13-cü bölmə” proseduru vasitəsilə həyata keçirilib. Ağayaniyə qarşı konkret ittihamlar isə səsləndirilməyib.

Bundan əvvəl ABŞ İran missiyasının əməkdaşlarının Manhettendən 40 km radiusda hərəkətinə məhdudiyyət qoymuşdu və diplomatlardan birinin bu qaydaları pozduğu bildirilirdi. Dövlət Departamenti 4 dekabr tarixli şifahi notanın verilməsi faktını təsdiqləyərək vurğulayıb ki, bu qərar İrandakı etirazlardan çox əvvəl qəbul edilib və yalnız təhlükəsizlik mülahizələri ilə bağlıdır.

Daha çox xəbərlər