Məşhur bazar sökülür – Səbəb nədir? – VİDEO
Qəbələ rayonunun Vəndam qəsəbəsindəki bazar sökülür.
Buna səbəb Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsidir.
Yolun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində köhnə körpü dağıdılıb və yenisi inşa olunur. Vəndam bazarının ərazisi tikinti sahəsinə düşüb. Artıq ətraftakı mağazalar boşaldılıb və sökülür.
Eyni zamanda, Vəndamda magistralın kənarında yerləşən evlər və hasarlar da plana düşüb, söküntüsünə başlanılıb, ağaclar kəsilib.
Qeyd edək ki, yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib./Yeni Sabah

