Cəmiyyət 

200-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

103 işəgötürən tərəfindən ümumilikdə 213 işçiyə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir.

Xatırladaq ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdan sonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

Bununla əlaqədar yanvar ayında ƏMAS-da işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb.

Daha çox xəbərlər