Gündəm 

Bibiheybət yolu niyə açılmayıb? –RƏSMİ AÇIQLAMA

Yağıntılı hava şəraiti səbəbindən Bibiheybət yolunda aparılan təmir işlərində təxminən 10–12 saatlıq gecikmə yaranmışdır. Hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işlərinin tamamlanması ilə yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, Agentlik tərəfindən işlər maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilir.

Belə ki, ərazidə problem yarandığı müddətdə yol tam bağlanmamış, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin edilməklə təmir işləri paralel şəkildə icra olunmuşdur. Yalnız son mərhələdə, təhlükəsizlik tələbləri və texnikanın sərbəst manevr imkanlarının təmin edilməsi məqsədilə yolda hərəkət qısamüddətli məhdudlaşdırılmışdır.

Qeyd olunmalıdır ki, bu müdaxilə əvvəlcədən planlaşdırılmış təmir işi deyil. Ərazidə yaranmış deformasiya səbəbindən operativ və təcili tədbirlərin görülməsi zəruri olmuşdur.

Bununla yanaşı, əvvəlcədən planlaşdırılan digər təmir işləri vətəndaşların rahatlığını təmin etmək məqsədilə əsasən gecə saatlarında və ya istirahət günlərində həyata keçirilir.

Daha çox xəbərlər