Faciəvi şəkildə ölən qadın məktəb işçisi imiş… – FOTO
Gəncədə faciəvi şəkildə ölən Zümrüd Qurbanova məktəbdə işləyirmiş.
O, şəhərdə yerləşən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə texniki işçi kimi çalışırmış.
Z.Qurbanova 1998-ci ildən sözügedən təhsil müəssisəsinin əməkdaşı olub.
İş yoldaşları onu zəhmətkeş, sadə, səmimi insan kimi xatırlayırlar.
Qeyd edək ki, mayın 5-də Gəncənin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb. Qəza zamanı 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./Yeni Sabah


