Hadisə 

Şəkidə “Jiquli” aşdı, ölən və yaralananlar var

Şəkidə ölümlə nəticələnən yol qəzası olub.

Hadisə bu gün gecə saat 2 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb. Sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə xəsarət alıb.

Araşdırma aparılır.//APA

Daha çox xəbərlər