Hadisə 

Biləsuvarda faciə: oğul anasını traktorla vurub öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Səmədabad kəndində olub.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.Trend

Daha çox xəbərlər