Bazar, 28 İyn, 2026

Nəriman Həsənzadənin vəziyyəti necədir?

“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.

Bu barədə Musavat.com-a Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib. O bildirib ki, şairin müalicəsi davam etdirilir, onun huşu özündə deyil:

“İyunun 12-də Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Son 5 gündə vəziyyəti lap pisləşdi. Bu müddət ərzində huşu özündə olmadı, yatılı vəziyyətdə oldu. Ancaq dünəndən həkimlər yuxu ilə bağlı dərmanları dayandırıblar. Həkimlər onun ayılmasını gözləyirlər. Vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.