Polkovnik: “Azərbaycan sülhməramlı qüvvələri ən çətin dövrdə yaradılıb”
“Azərbaycan sülhməramlı qüvvələri ölkəmiz üçün çox çətin dövrdə yaradılıb”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi Polkovnik Abdulla Abdullayev bildirib.
Polkovnikin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan 1997-ci ildə sülhməramlı qüvvələri yaratmağa müvəffəq olub:
“Azərbaycan ordusunun hərbi sahədə əməkdaşlıqları genişləndikcə ordumuz yaranan yeni imkanlardan səmərəli şəkildə istifadə edib. Hazırda sülhməramlı missiyamız Cənubi Sudanda hərbi müşahidəçi qismində iştirak edir. Azərbaycan sülhməramlı missiyası əməliyyatlarda iştirak zamanı yüksək peşəkarlıq nümayiş etdirib. Azərbaycan sülhməramlıları tərəfdaş ölkələrin hərbi qüvvələri ilə yüksək peşəkarlıqla əməkdaşlıq edirlər. Ən mühüm nailiyyət real əməliyyat təcrübəsinin əldə etməsidir. Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq təhlükəsizliyə töhfə verir. Bu, qarşılıqlı fayda qazandıran strateji əməkdaşlıq modelidir”.
Nigar Həsənli
Musavat.com
