Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü
Azərbaycan futbolunun Avropa Liqasındaki təmsilçisi “Qarabağ” yeni mövsümdə ilk rəsmi sınağına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam klubu bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın “Vestri” komandasını qəbul edir. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
“Qarabağ” doğma meydanda sərfəli nəticə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə etməyə çalışır. Avrokuboklarda zəngin təcrübəyə malik Azərbaycan çempionu azarkeşlərinin dəstəyi ilə yeni mövsümə qələbə ilə başlamağı hədəfləyir.
İslandiya təmsilçisi “Vestri” isə tarixində ilk dəfə bu səviyyədə “Qarabağ” kimi təcrübəli rəqibə qarşı mübarizə aparır və sürpriz nəticə qazanmağa çalışacaq.